Ermənilər Türkiyənin yük maşınlarına hücuma etdilər
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər Türkiyənin yük maşınlarına hücuma etdilər

Ermənilər müxtəlif ölkələrdən Aktaş Sərhəd keçid məntəqəsinə (Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsi -red.) çatmağa çalışan və xaricdəki Aktaş sərhəd qapısından çıxan Türk yük maşınlarına hücum etməyə başlayıblar.

Publikaı.az xəbər verir ki, bu barədə İhlas Haber Ajansı (İHA) xəbər yayıb.Agentlik xəbərində bildirir ki, Azərbaycanla Ermənistan arasında yaşanan hadisələrdən sonra Gürcüstanın erməni kəndlərində yaşayan vətəndaşları Türkiyə dövlət nişanlı yük maşınlarına hücumlara başlayıb. Xüsusilə Axalkalaki rayonunun Karçaxi kəndində ən çox hücuma məruz qalan türk yük maşını Türkiyəyə ziyan görmüş şəkildə daxil olub. Xəbərdə deyilir: "Gürcüstan polisi tərəfindən görülən tədbirlərin çatışmazlığı isə onların zərərinin artmasına səbəb olub. Bir çox nəqliyyat vasitəsinin şüşələri, faraları və kapotları zədələnib. Hadisələrin qarşısını ala bilməyən Gürcüstan polisi, türk nömrəli yük maşınlarının Aktaş sərhəd qapısından keçməsini dayandırıb. Hadisələri yüngülləşdirməkdə çətinlik çəkən təhlükəsizlik qüvvələri, nəzarətə keçdikdən sonra yenidən yük maşınların girişinə icazə verib".

Yük maşını sürücülərindən olan Ahmet Yetinmez müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasındakı hadisələrdən dərhal sonra, Türk nömrəli avtomobillərə hücumlar başlayıb: "Xüsusilə Karçaxi bölgəsində hücumlara məruz qaldıq. Gürcüstan polisi tədbir görməyə çalışsa da, qeyri-kafidir. Avtomobilimin bir çox hissəsi zədələndi. Bir neçə sürücünün nəqliyyat vasitələrinin şüşələri atdıqları daşlara görə qırıldı. Avtomobilimin faraları qırıldı. Gürcüstan rəsmiləri daha çox tədbir görməlidirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm