Türk generaldan Ermənistana XƏBƏRDARLIQ: Başda öz xalqı olmaqla...
Bizi izləyin

Cənubi Qafqaz

Türk generaldan Ermənistana XƏBƏRDARLIQ: Başda öz xalqı olmaqla...

Ermənistan daha çox cinayət işləmədən işğal etdiyi torpaqları dərhal boşaltmalıdır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Qoşun komandanlarının videokonfrans formatındakı iclasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edən nazir bildirib ki, Türkiyə Azərbaycanın haqlı davasında qardaşının yanındadır: “Terror təşkilatı ilə belə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayınca, əvvəl yalanlarla təxribatlara sarıldı. Hamısının da yalan olduğu qısa müddət sonra üzə çıxdı. İndi də barbar formada və terrorçu kimi məsum sakinlərin yaşadığı bölgələri hədəf alır. Ermənistan dinc sakinləri hədəf alaraq bu çəkildə müharibə cinayəti işləyir. Bu, hamı tərəfindən bilinməlidir”.

Akar qeyd edib ki, uşaq, qadın və qoca demədən məsum əhalini açıq şəkildə hədəf alan Ermənistan hökuməti başda öz xalqı olmaqla, mütləq vicdanlar qarşısında ittiham olunacaq.

Türk general vurğulayıb ki, Ermənistan terror təşkilatları ilə əməkdaşlığını dərhal sonlandırmalı və terrorçuları bölgədən çıxarmalıdır: “Ayrıca, 30 il boyunca işğala səssiz qalanlar Ermənistanın bu üzünü görməli və işğal olunan torpaqların real sahiblərinə verilməsi üçün təşəbbüs göstərilməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm