Paşinyan Putindən BU YOLLA kömək istədi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Putindən BU YOLLA kömək istədi

Dağlıq Qarabağ münaqişəsinin “ən uyğun həll yolu” Rusiyanın sülhməramlılarının bölgəyə yerləşdirilməsidir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İngiltərənin “Gündəlik Teleqraf” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu məsələdə bir problem var: “Rusiya sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsi üçün bütün münaqişə tərəflərinin icazəsi lazımdır”.

O, ABŞ və Frasanı Rusiyanın sülh təşəbbüslərinə dəstək verməyə çağırıb.

Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskova Paşinyanın açıqlaması ilə bağlı sual ünvanlanıb. Peskov suala cavabında “daha əvvəl bənzər suallara cavab verdik. Münaqişə bölgələrinə hər növ sülhməramlılar hər iki tərəfin icazəsi olduğu halda göndərilir” deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Azərbaycana qarşı təkbaşına vuruşa bilmədiyini anladığı və münaqişənin miqyasını genişləndirmək istədiyi üçün üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək niyyətində idi. Lakin Rusiya Prezidenti Vladimir Putinin "döyüşlər Ermənistan ərazisində getmir" açıqlamasını verməsi Paşinyanın bütün planlarını suya düşürdü. Dəfələrlə Putinə, o cümlədən, digər dünya liderlərinə zəng edərək kömək istəyən Ermənistanın baş naziri son çarə olaraq rus sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsi üçün çabalayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm