Şuşa, Kəlbəcər, Zəfər paradı: Əliyev hər şeyi hesablamışdı – Qazinyandan şok sözlər
Bizi izləyin

Cənubi Qafqaz

Şuşa, Kəlbəcər, Zəfər paradı: Əliyev hər şeyi hesablamışdı – Qazinyandan şok sözlər

Ermənistanda 44 günlük müharibədə diqqətçəkən bir sıra rəmzi işarələr müzakirə mövzularından biridir, xüsusilə Şuşa və Kəlbəcərin azad olunduğu, eləcə də Zəfər paradının keçirildiyi gün.

Publika.az
xəbər verir ki, Vahid Ermənistan Partiyasının sədri Artuq Qazinyan bunun təsadüfi olmadığını iddia edir.

“Azərbaycan Bayraq Günü ərəfəsində Şuşa azad olundu, Monte Melkonyanın doğum günündə Kəlbəcər təhvil verildi. “Dqr”in “müstəqilliyi” günündə - 1991-ci ilin 10 dekabrı – Azərbaycan Qələbə paradı keçirdi, qənimət kimi götürülən hərbi texnikalarımız nümayiş olundu. Əminəm ki, Əliyev hər şeyi rəmzi mənasına qədər hesablamışdı və Paşinyan bütün bunlara səssiz şəkildə razılaşıb. Hətta Əliyev istəsəydi o, sifariş verilən gündə Ermənistanı Azərbaycana verərdi”, - o deyib.

Qazinyan qeyd edib ki, 10 dekabr Ermənistan tarixində biabırçılıq günü kimi qalacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm