Məğlubiyyət Ermənistana fəlakəti unutdurdu - 3 minə yaxın insan öldü
Bizi izləyin

Cənubi Qafqaz

Məğlubiyyət Ermənistana fəlakəti unutdurdu - 3 minə yaxın insan öldü

Ermənistanda son sutka ərzində 485 nəfər koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 163 min 128 nəfərə çatıb.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölənlərin sayı 10 nəfər artaraq 2 min 951-ə yüksəlib.

Hazırda Ermənistanda 8 min 216 nəfər aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Ermənistanda 11 yanvar 2021-ci ilə qədər davam edəcək karantin tətbiq edilmişdi. Qarabağ müharibəsindən sonra ölkədə siyasi və ictimai sahədə hökm sürən xaos səbəbilə koronavirusla mübarizə arxa planda qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm