Yaşlı kişini öz evində bıçaqlayıb qaçdılar
Bizi izləyin

Cənubi Qafqaz

Yaşlı kişini öz evində bıçaqlayıb qaçdılar

Gürcüstanın Ozurqeti Bələdiyyəsinin Natanebi kəndində cinayət baş verib.

Publika.az yerli mətbuata istinadla xəbər verir ki, 60 yaşlı kişi öz evində ölü halda tapılıb.

İddialara görə, cinayət soyuq silahla törədilib.

Hadisə yerində istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başladılıb.

Cinayəti törədən səxsi beş ildən on yeddi ilədək həbs cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm