İrəvanın işıqları söndü - Bu gündən
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanın işıqları söndü - Bu gündən

Ermənistanın paytaxtı İrəvanın bəzi hissələrində və ətraf bölgələrdə bu gündən başlayaraq elektrik enerjisinin verilişi dayandırılacaq.

Publika.az news.am saytına istinadla bildirir ki, bu barədə “Ermənistan elektrik şəbəkələri” məlumat yayıb.

Verilən məlumata görə, elektrik enerjisinin verilməməsi paytaxt və çevrəsindəki texniki təmir-bərpa işləri ilə əlaqədardır.

Həmin bölgələrdə işıqların nə zaman yanacağı isə hələlik məlum deyil. Hətta bir sıra hökumət və dövlət idarələrinin binalarında, uşaq bağçaları və məktəblərdə də elektrik enerjisinin verilməsi qeyri-müəyyən müddətə dayandırılacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm