Erməni hərbçilərin valideynləri Paşinyandan üz döndərdi: sabah uşaqlarını...
Bizi izləyin

Cənubi Qafqaz

Erməni hərbçilərin valideynləri Paşinyandan üz döndərdi: sabah uşaqlarını...

Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərin valideynləri Rusiyanıın İrəvandakı səfirliyi yaxınlığında mitinq keçirib.

Publika.az xəbər verir ki, onlar Rusiyanın müharibəyə gedən və itkin düşən övladlarının taleyini öyrənməyə kömək edəcəyinə ümid edir.

Etirazçılar səfir Sergey Kopırkinə məktub çatdırmaq istəyir. Onlar arasında Üçmüədzindəki hərbi hissədə xidmət edən 40 hərbçinin yaxınları da var. Vətəndaşlar Qarabağdakı müharibə zamanı Zəngilana göndərilən hərbçilərdən o vaxtdan bəri xəbər olmadığını bildirir.

“Bütün səlahiyyətli strukturlara müraciət etdik, amma heç kim bizə kömək etmədi. Heç kim övladlarımızın geri qaytarılması məsələsi ilə məşğul olmur. İndi səfirin, heç olmasa, bizi dinləməsini istəyirik. Bəlkə də əsirlərin qaytarılması ilə bağlı yeni müqavilə imzalayacaqlar. Artıq gözləmək mümkün deyil”, - əsgərlərdən birinin atası Tiqran Adoyan deyib.

Anaxit Adoyan bildirib ki, sabah itkin düşən əsgərlərin uşaqları da hökumət binasına gələcək: “Qoy məmurlar onların gözlərinə baxsınlar və atalarının harada olduğunu desinlər”.

Səfirlikdəki mitinqdən bir müddət sonra ümidləri üzülən vətəndaşlar məktubu hakimiyyətə gəlmək istəyənlərə vermək qərarına gəlib. Valideynlər bu dəfə Ermənistanın ikinci prezidenti Robert Köçəryana üz tutub.

Qeyd edək ki, bu, Rusiyanın İrəvandakı səfirliyi yaxınlığındakı ilk aksiya deyil. Bu arada diplomatik nümayəndəlik əvvəllər vətəndaşlar tərəfindən qaldırılan məsələlərin onların səlahiyyətlərinə aid olmadığını bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm