Paşinyana qarşı sui-qəsd planı: snayperlər HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana qarşı sui-qəsd planı: snayperlər HƏRƏKƏTƏ KEÇDİ

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı sui-qəsd planı müzakirə mövzusuna çevrilib.

Publika.az
xəbər verir ki, kapitulyasiya aktına imza atdıqdan sonra Nikol Paşinyanın “fiziki məhvi” müxalifət tərəfindən bir neçə dəfə dilə gətirilib.

“Vətənin qurtuluşu” hərəkatının lideri Vazgen Manukyanın dünən mitinqdə “Paşinyan düşməndir, düşmən ölkəni işğal edibsə, ona qarşı mübarizənin bütün metodları məqbuldur” sözləri sui-qəsd planlarını yenidən gündəmə gətirib.

Mitinqdən sonra Manukyana qarşı “hakimiyyəti zorla ələ keçirmə” ittihamı ilə cinayət işi açıldı, hazırda Vazgen istintaqa cəlb olunub.

Bunun fonunda hakimiyyət baş nazirə qarşı sui-qəsd ehtimalına qarşı tədbirləri gücləndirib. Parlament binasında və ətrafındakı snayperlər bu tədbirlərdən biridir.

Lakin müxalifət iddia edir ki, baş nazir rəqiblərini sıradan çıxarmaq, etirazları susdurmaq məqsədilə yeni repressiyanı legitimləşdirmək üçün özünə qarşı sui-qəsd oyunu qura bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm