Ermənistanın 2 hərbçisi itkin düşdü
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın 2 hərbçisi itkin düşdü

Ötən gün şiddətli qar fırtınası səbəbindən Ermənistan ordusunun iki muzdlu əsgəri itkin düşüb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, artıq axtarış işlərinə başlanılıb.

Qeyd edək ki, bundan öncə Teleqram kanallarında erməni əsgərlərin ötən gün saat 15:00-da Cermuxdakı hərbi hissədən itkin düşdüklərini bildirilmişdi. Qeyd olunurdu ki, əvvəllər Kəlbəcərdə yerləşən, indi isə Cermuxa dislokasiya olunan hərbi hissənin əsgərləri Karen Şahnazaryan və Aqasi Ovannisyan itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm