Tbilisi Kiyevdən bunu gözləmir: ukraynalılar NİYƏ BEZİBLƏR?
Bizi izləyin

Cənubi Qafqaz

Tbilisi Kiyevdən bunu gözləmir: ukraynalılar NİYƏ BEZİBLƏR?

"Gürcüstan hakimiyyəti Kiyevdən keçmiş prezident Mixeil Saakaşvilinin Ukraynaya təhvil verilməsi tələbini gözləmir".

Publika.az xəbər verir ki, bunu cümə axşamı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsində deyib.

"Məndə olan məlumatlara görə, bu (red: Saakaşvilinin transferi tələbi) müxtəlif səbəblərdən, o cümlədən Mixeil Saakaşvilinin ukraynalıları öz şıltaqlığı ilə bezdirdiyinə görə baş tutmayacaq", - Kobaxidze sualları cavablandırarkən deyib.

Keçmiş prezidentin anası Giuli Alasanian cümə axşamı günü videomüraciət yayaraq, Ukrayna prezidenti Vladimir Zelenskidən oğlunun Kiyevə qaytarılmasına kömək etməsini istəyib. O, bir aydan artıqdır ki, həbsxanada aclıq aksiyası keçirən Saakaşvilinin lazımi müalicəni Ukraynada ala biləcəyinə inanır.

Zelenski daha əvvəl bəyan etmişdi ki, Kiyev bütün səviyyələrdə Saakaşvilinin geri qayıtması məsələsini qaldıracaq. Xarici işlər naziri Dmitri Kulebanın izah etdiyi kimi, Ukrayna siyasətçiyə kömək etmək üçün “ən yaxşı alqoritmi seçir” və bu, təkcə ekstradisiya tələbi ola bilməz.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Saakaşvili son vaxtlara qədər Ukraynada yaşayırdı və bu ölkənin vətəndaşlığına malikdir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm