Cənubi Qafqaz
Saakaşvili buna RAZILIQ VERDİ
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Tbilisidəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə müxalif "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.
Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.
Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.
Məlumat üçün bildirək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi