Cənubi Qafqaz
Saakaşvilinin dayısı DİN-ə çağırılıb DİNDİRİLDİ

Mixeil Saakaşvili dayısı Temur Alasaniyanın Daxili İşlər Nazirliyinə dindirilməyə çağırıldığı ilə bağlı məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə M. Saakaşvilinin növbəti məktubunda qeyd olunub.
Onun sözlərinə görə, İvanişvili özünü təhlükəsiz və xoşbəxt hiss etməsi üçün bütün Saakaşvili, Alasaniya soyadında olanları və həmçinin hollandları həbs etməlidir:
"Eşitdim ki, Yeni il üçün Gürcüstana gələn dayım Temur Alasaniya istintaqa çağırılıb. İvanişviliyə məsləhətim - Varlam Aravidzeni təqlid edirsinizsə, heç olmasa sona qədər təqlid edib dərhal bütün Saakaşvililəri, Alasaniyaları həbs edin, birdəfəlik Avto Cereteli və onun vəkili Kaxa Ceretelini də aparın, onlar da mənim qohumlarımdır, hətta Gürcüstandakı bütün hollandları və bir Amerika vətəndaşı olan dayımı da həbs edin və bununla da doğma görməmişxananızda keçirəcəyiniz Yeni il süfrəsində özünüzü xüsusilə təhlükəsiz və xoşbəxt hiss edin", - deyə Saakaşvili qeyd edib.
Daxili İşlər Nazirliyi isə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin dayısı Temur Alasaniyanın şəxsi ünsiyyət sirlərinin pozulması ilə bağlı 2018-ci ildən aparılan istintaq çərçivəsində dindirilməyə çağırıldığını bildirir.

-
Sosial22:36
"Qəhrəmanımsan, günahkarı tapdın" - İqorun qızından təsirli PAYLAŞIM
-
ABŞ21:20
Con Kirbi Aktau faciəsində Rusiyanın əli olduğunu dedi
-
Nida Xəbər 21:00
Zelenski İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi
-
Hadisə20:30
Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər - VİDEO
-
Nida Xəbər 20:10
Təyyarə qəzasına görə növbəti iclas keçirildi - Foto
-
İdman19:30
Futbolçuların həbs olunması ilə bağlı xəbərlərə DİN-dən REAKSİYA - YENİLƏNDİ
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı