İrəvanla SÜLH MÜZAKİRƏSİ: Qriqoryan vaxt açıqladı
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanla SÜLH MÜZAKİRƏSİ: Qriqoryan vaxt açıqladı

"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər".

Publika.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, ilk görüş Nyu-Yorkda Blinkenin təşkilatçılığı ilə Xarici İşlər Nazirliyi səviyyəsində baş tutub. Bundan sonra ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Qriqoryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş təşkil edib.

"Biz əsasən Ermənistan və Azərbaycanla bağlı bir sıra məsələləri müzakirə etdik", - deyə Qriqoryan bildirib.

Tərəflər sülh müqaviləsinin əldə olunmasının vaxtını da müzakirə ediblər.

“Həmçinin sərhədlərin delimitasiyası və ilin sonunadək sülh sazişi imzalamaqla bağlı danışdıq” - Qriqoryan əlavə edib.

Qriqoryanın sözlərinə görə, delimitasiyanın ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə qarşılıqlı əlaqəlidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm