Cənubi Qafqaz
Kəcəranda etiraz: ermənilər Zəngəzur mis-molibden zavoduna gedən yolu bağladılar
.jpg?v1679901011)
Bu gün səhər saatlarından etibarən Ermənistanın Sünik bölgəsinin Kəcəran şəhər sakinləri Zəngəzur mis-molibden zavodunun inzibati binası qarşısında etiraz aksiyası keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Aravot” qəzeti məlumat yayıb.
Etirazçılar əvvəlcə zavoda gedən yolu bağlayıb, işçilərin avtomobillə əraziyə daxil olmasına mane olublar, daha sonra polislə aparılan danışıqlar nəticəsində yol açılıb.
Mənbənin sözlərinə görə, etirazçılar Kəcəran sakinlərinə sağlamlıqlarının bərpası üçün kompensasiya ödənilməsini, eyni zamanda ordudan tərxis olunan gənclərin, eləcə də 2021-ci ildə işdən çıxarılan kəcəranlıların işlə təmin olunmasını tələb ediblər. Qeyri-rəsmi məlumatlara görə, onlar siyasi motivlərlə işdən çıxarılıblar.
Zavodun həmkarlar ittifaqının sədri Tiqran Sarkisyan etirazçılarla görüşərək 5 nəfərdən ibarət nümayəndə heyəti formalaşdırmağı və zavod rəhbərliyi ilə görüşməyi təklif edib. “Biz getməyəcəyik. Səhər saat 7-dən burada donmuşuq. Qoy isti kabinetlərindən çıxsınlar, bizim yanımıza gəlsinlər, sualları cavablandırsınlar”, - deyə aksiya iştirakçıları bildiriblər.
Onların fikrincə, bu, siyasi mübarizə deyil. “Biz hakimiyyətə qarşı deyilik və heç bir siyasi tələb irəli sürmürük. Biz, sadəcə olaraq zavodun rəhbərliyindən bizim sosial məsələlərimizi həll etməsini istəyirik”, - deyə etirazçılardan biri qeyd edib.
Akqabay

-
Magazin111:06
Leylanı heç belə görməmisiniz - FOTO
-
İnanc10:21
Ən tənbəl BÜRCLƏR - Onlardan uzaq durun
-
İdman09:36
"Qarabağ"ın bu legioneri milliləşdirilir - Razılıq verdi
-
MDB09:00
General Rüstəm Muradov vəzifəsindən azad edildi
-
Nəqliyyat08:24
Bakının bir sıra yollarında tıxac yarandı - SİYAHI
-
Region08:13
Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
-
Ekologiya07:17
Novruz tətilindən sonrakı ilk iş günü hava necə olacaq?
-
İdman01:41
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər