Cənubi Qafqaz
Bu ölkələr Rusiyaya görə Gürcüstana təzyiq ediblər - Şok detallar
Rusiyanın Ukraynaya hücumundan sonra xarici dövlətlərin nümayəndələri Gürcüstan hakimiyyətindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb ediblər.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” telekanalına müsahibəsində bildirib.
“İndi deyirlər ki, heç kim bizdən sanksiyalar tətbiq etməyi tələb etməyib. Onlar bu barədə açıq danışmadılar, amma bağlı qapılar arxasında bizdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi xahiş etdilər”, - Papuaşvili bildirib.
Rəsmi söhbət hansı ölkələrdən və liderlərdən getdiyi barədə ətraflı açıqlama verməyib. Lakin xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı Tbilisiyə artan təzyiqləri nəzərə alsaq, söhbətin Avropa ölkələrindən getdiyini ehtimal etmək olar.
Qeyd olunan mübahisəli qanun və hətta tətbiq edilən məhdudiyyətlərlə bağlı Gürcüstan hakimiyyətini də tənqid edən ABŞ-ın belə bir tələb irəli sürməsi də istisna edilmir.
Akqabay
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









