İrəvanın Qarabağla bağlı geosiyasi planları üzə çıxdı - Paşinyandan növbəti hiylə
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanın Qarabağla bağlı geosiyasi planları üzə çıxdı - Paşinyandan növbəti hiylə

“Ermənistan rəhbərliyi Qərbə doğru geosiyasi dönüş yaradır, hazırkı proseslər buna gətirib çıxarır və söhbət təkcə Qarabağ üzrə danışıqlar platformasının dəyişdirilməsindən getmir”.

Publika.az xəbər verir ki, bu fikri “Sputnik Ermənistan”-a politoloq Vigen Akopyan deyib.

Son zamanlar Qərb Ermənistana həm yeni və uzunmüddətli monitorinq missiyasının tətbiqi, həm də Aİ və ABŞ-ın əsas siyasətçilərinin səfərləri və bəyanatları ilə bağlı kifayət qədər aydın siqnallar göndərir.

İrəvan fəal və sürətlə vektoru dəyişməyə çalışır

Akopyana görə ilk baxışda “qərbləşmə” yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Qarabağla bağlı danışıqlar prosesinə aiddir, lakin proseslər daha dərindədir.

“Bakı öz prinsiplərini təqdim etdi, çərçivə cızdı və bu çərçivədə xarici aktorlarla əməkdaşlığa hazır olduğunu açıq şəkildə bildirdi. Azərbaycan 2022-ci ilin martında 5 bəndlik sülh təklif etdi və buna uyğun gələn təkliflərlə razılaşır. Və əksinə, bu bəndlərə zidd getdikləri təqdirdə onları rədd edir. Ermənistanla bağlı vəziyyət isə başqadır. İrəvan fəal və sürətlə vektoru dəyişməyə çalışır. Deyərdim ki, bu, təkcə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı deyil. Biz bütün xarici siyasət kursunun yenidən nəzərdən keçirilməsi prosesinin şahidiyik. Ermənistan hökumətinin Qarabağla və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı addımları ümumi xarici siyasət paradiqmasında baş verən dəyişikliyin tərkib hissəsinə çevrilir. Bu, danışıqlar formatında ayrıca dəyişiklik deyil. Ermənistan geosiyasi mərkəzlərlə münasibətlərin fəlsəfəsinin dəyişməsinə doğru irəliləyir”, - Akopyan deyib.

Paşinyan Qərblə KTMT arasında vurnuxur

Politoloq hesab edir ki, Qarabağ məsələsi kontekstində Avropa müşahidəçilər missiyasının İrəvana gəlişi sırf simvolik rol oynayacaq.

“Təşkilatın Ermənistana göndərmək istədiyi KTMT-nin eyni monitorinq missiyası Aİ-nin mülki missiyasından qat-qat çox “militarist” elementləri ehtiva edir. Lakin Ermənistan hakimiyyəti mülki müşahidəçilərə üstünlük verdi ki, bu da İrəvanın geosiyasi planlarını kifayət qədər aydın göstərir. Aİ-nin yeni missiyasının göndərilməsindən əvvəl Ermənistanın baş nazir Nikol Paşinyan yanvarın 10-da öz ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Bu və digər faktlar respublika rəhbərliyinin bundan sonra daha çox Moskvaya yox, Brüssel və Vaşinqtona arxalandığını göstərir”, - Akopyan qeyd edib.

Ermənistan-Rusiya münasibətləri böhran yaşayır

Bundan əvvəl “Hayatsk” (Vzqlyad) analitik mərkəzinin eksperti Hermine Mxitaryan açıqlamışdı ki, Qərbin fəallığı bir sıra rəsmilərin İrəvana səfərləri, eyni zamanda Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri səviyyəsində özünü göstərir. Onun fikrincə, bu fonda Ermənistan hakimiyyəti geosiyasi avantüraya qərar verib. O hesab edir ki, Ermənistan hakimiyyəti cəmiyyətdə nəzərəçarpacaq dərəcədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir, Qərbi və onun təklif etdiyi prosesləri müsbət tərəfdən təqdim etməyə çalışır. Mxitaryanın fikrincə, hakimiyyətin bu cür siyasəti və strateji tərəfdaşlarla münasibətlərin kəskinləşməsi geosiyasi avantüradır: “Strateji müttəfiqlə dialoq yoxdur. Ermənistan-Rusiya münasibətləri həqiqətən böhran yaşayır. KTMT ilə bağlı rəsmi İrəvan tərəfdaşlara aydın olmayan bəyanatlar verir”.

Qeyd edək ki, yanvarın 23-də Avropa İttifaqı Ermənistana 100 nəfərdən ibarət və iki il müddətinə missiya göndərdiyini rəsmən elan edib. Brüssel monitorinqçiləri Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etməyi, yerlərdə etimadın möhkəmləndirilməsini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün Aİ-nin dəstəklədiyi səylər üçün əlverişli mühiti təmin etməyi nəzərdə tutur.

Bir neçə gün əvvəl Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana gəlib. Bundan əvvəl NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da regional səfər çərçivəsində Ermənistana gəlib. Bu arada, Ermənistanın xarici işlər naziri Brüsseldə işgüzar səfərdədir və artıq NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm