Cənubi Qafqaz
Ermənistanda sentyabr hadisələri ilə bağlı çağırışçı əsgərlər də təqsirləndirilir
.jpg?v1680153568)
Ermənistanda sentyabr döyüşləri ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilənlər arasında çağırışçı əsgərlər də var.
Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, ittiham N saylı hərbi hissənin hərbçisi Manvel Muradyana qarşı irəli sürülüb. O, müəyyən rəsmi vəzifələri yerinə yetirməkdən imtina etməkdə ittiham olunur.
Qeyd olunur ki, Muradyan sentyabrın 13-dən irəli mövqelərdən birində döyüş vəzifəsinə gətirilib. Altı gündən sonra əsgər icazəsiz mövqeyini tərk edib və sentyabrın 21-də hərbi polisə məlumat verib. Nəşr həbs-qətimkan tədbiri barədə məlumat verməyib.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Perç Ayvazyan bildirib ki, ittiham işində ümumilikdə 16 erməni hərbçinin adı var, onlardan 6-sı həbs edilib. İttihamlar əsasən döyüş zamanı xidməti vəzifələrini yerinə yetirməmək, ondan yayınmaq üçün xidmət yerinə vaxtında gəlməmək, hərbi xidmət qaydalarını pozma ilə bağlıdır.
Akqabay

-
İnanc09:12
Doğuşdan "bədbəxt" olan 4 bürc - SİYAHI
-
İdman08:24
Səhvən həyat yoldaşının çılpaq görüntülərini yaydı - VİDEO
-
MDB08:00
Rusiyada qaz kəmərində güclü partlayış - VİDEO
-
Magazin106:46
Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
-
Magazin102:12
Əməkdar artistin "Range Rover"i soyuldu - Xanımının çantası oğurlandı
-
Kriminal01:49
"Rüstəm Usubovu şantaj edib, təzyiq göstərməklə…" - MTN işində yeni ifadə
-
Magazin101:21
Aysun bu meyvəni görüb halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO
-
Qoroskop00:10
Günün ULDUZ FALI: uzaqdan vacib xəbərlər ala bilərsiniz