Ermənistandakı Nizami kəndinin acınacaqlı durumu - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistandakı Nizami kəndinin acınacaqlı durumu - FOTO

Ermənistan mediası böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan Ararat rayonundakı (Vedi ) Nizami kəndinin acınacaqlı durumundan yazıb.

Publika.az xəbər verir ki, hər zaman uydurduqları yalanlar və saxta iddialarla özlərini gülünc duruma düşürən, Azərbaycanın tarixini, mədəniyyətini təhrif etməkdə “ustad” olan ermənilər bu dəfə də “titullarını” qoruyub saxlayıblar.

“Sputnik Armenia”nın köşə yazarı Aşot Gevorkyan Vedi rayonunun sərhəddə yerləşən Nizami kəndinin sosial problemlərindən bəhs edən yazısında yaşayış yerini “adını orta əsr fars şairinin şərəfinə almış Nizami kəndi” olaraq təqdim edib.

Saxtakarlıq qanlarında olan ermənilər öz tarixi keçmişləri olmadığı halda, hər zaman yalançı tarix yaratmaqla öz riyakarlıqlarını həyata keçiriblər. Bir xalq olaraq yalanı, riyakarlığı, satqınlığı və terrorizmi dövlət strategiyası kimi mənimsəyən ermənilərin Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim etmələri də bu kontekstdə təəccüblü deyil.

Nizami kəndinin acınacaqlı durumundan bəhs edən Gevorkyan yazır ki, “ən böyük problem su çatışmazlığıdır. Ermənistanın kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsini təmin edən Ararat vadisində (Ağrı dağı bölgəsi, Vedi rayonu) suvarma üçün su yoxdur.

34 ildir ki, kənddə tibb bacısı işləyən Laura Köçəryan durumu belə izah edib: “SSRİ dağılandan sonra işıq, qaz, iş olmadığı üçün kənd sakinlərinin əsas hissəsi xaricə getdi. Rayonda çoxlu balıq təsərrüfatları var: su yoxdur, amma biz balıq ixrac edirik. Bəli, bu, biznesdir, insanlar pul qazanıb ailələrini dolandırırlar, amma tədbir görüb problemi həll etməliyik. Kəndin torpaqları əvvəllər artezian suyu ilə suvarılıb, hər küçədə artezian quyuları olub. İndi də kəndlilər nasoslar quraşdırıb quyulardan su çəkirlər. Amma bu su tükənir. Vaxt gələcək ki, ümumiyyətlə, su olmayacaq. Quyular qazırıq, onlara elektrik nasosları quraşdırırıq ki, bu da hasilatın maya dəyərini artırır. İndi kənd torpaqlarının 80%-i su qıtlığı ucbatından becərilmir. Bu vəziyyət xeyli dərəcədə əhalinin xaricə axınına səbbə olur”.

Kənd muxtarı Vahe Dunoyan da mövcud problemlərdən danışıb. Onun sözlərinə görə, Nizami sakinlərinin bir hissəsi paytaxtda işləyir (İrəvandan cəmi 18 km məsafədədir), digər hissəsi respublikadan kənara işləməyə gedib, qalanlar isə əsasən maldarlıqla məşğul olurlar: “Bizim 130 hektara yaxın əkin sahəmiz var, lakin kəskin su qıtlığı var. Əsas problemlər arasında içməli və suvarma suyu var”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa mətbuata verdiyi açıqlamada bu kəndin adının dəyişdirilməsi haqda belə deyib:

“Nizami kəndi 1978-ci il yanvarın 25-nə qədər Yuxarı Necili adlanıb. Burada eyni zamanda Aşağı Necili kəndi də olub ki, 1978-ci ildə onun adı “Sayatnova”ya, Yuxarı Necili kəndinin adı isə “Nizami”yə çevrilib.

İndiyə qədər Nizami kəndinin adının qalmasına səbəb isə mənfur ermənilərin Nizamini fars şairi kimi “tanımalarıdır”. Yəni “Nizami” adlandırılan kənd, əslində Yuxarı Necili kəndidir və ermənilər bu adı hələ o vaxt dəyişdirmişdilər. Ümumiyyətlə, Qərbi Azərbaycanda bütün toponimlərimizi ermənilər saxtalaşdırıblar”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm