Cənubi Qafqaz
Bakının tələbi var, İrəvan razılaşmır - Ermənilərin növbəti hiyləsi
"Ermənistanla Azərbaycan arasında sülhün bağlanması perspektivləri yenidən medianın diqqət mərkəzindədir. Fevralın 7-də Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə brifinqdə onun erməni həmkarı Ararat Mirzoyan bildirib ki, İrəvan bu yaxınlarda sülh müqaviləsinin imzalanması ilə bağlı daha bir təkliflər paketi alıb".
Publika.az xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya XİN-in Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov deyib.
O bildirib ki, təkliflər iki həftə əvvəl İrəvana daxil olub və Ermənistan rəhbərliyi danışıqlar prosesini uzatmaq taktikasını yenə də davam etdirir.
"Rəsmi Bakı sülh sazişinin mətni üzərində işi sürətləndirməyə sadiqdir. Hər iki ölkənin gələcəyi ilə bağlı müzakirələrin yenidən canlanmasının tezliklə hansısa sıçrayışlı nəticələrə gətirib çıxaracağını iddia edə bilərikmi? Bu sualın cavabı göründüyü qədər sadə deyil. Və buradakı məqam heç də bu və ya digər “son tarix” ilə bağlı proqnozda deyil. Əsas məsələ həqiqi kompromis mövqeyinə nail olmaq və hər iki tərəfin əldə olunanları yerinə yetirməyə hazır olmasıdır. Mirzoyanın Berlin səfəri də bu kontekstdə nəzərdən keçirilməlidir.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Aİ-nin enerji tərəfdaşı kimi Azərbaycana marağı insan hüquqları və demokratik dəyərlər kimi prioriteti arxa plana keçirmir. Bu, çətin ki, Bakının xarici siyasətinə təsir etsin, lakin bu, İrəvanı Moskvadan başqa əlavə təhlükəsizlik təminatları axtarmağa davam etməyə inandıra bilər. Aydındır ki, Rusiya bu variantla razı deyil. Xüsusən də, Ermənistanda avropalı müşahidəçilər missiyasının yerləşdirilməsi qərarının verilməsi fonunda", - politoloq vurğulayıb.
Markedonov bildirib ki, Bakı və İrəvanın hansısa qarşılıqlı faydalı kompromisə yaxınlaşmasından danışmaq mümkün deyil:
"Azərbaycanın daha çox gücü, resursları və imkanları var. Ölkə rəhbərliyi "Qarabağ məsələsinin" bağlanmasını sürətləndirmək niyyətindədir. Sülh müqaviləsi Ermənistanın bu torpaqlara olan iddiasından imtina etməsini nəzərdə tutur. İrəvanın belə bir ssenarini qəbul etməsi ehtimalı azdır".
Akqabay
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi