Cənubi Qafqaz
Sülh sazişinin razılaşdırılmış 15 maddəsində nələr var? - Detallar ilk dəfə ortaya çıxdı
Azərbaycan və Ermənistan arasında 17 maddədən ibarət sülh sazişinin 15-nin razılaşdırıldığı, 2-nin isə müzakirə edildiyi bəllidir. Razılaşdırılmayan maddələrə tərəflərin beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etməsi və sərhəddə üçüncü tərəflərin qüvvələrinin yerləşdirilməməsi – Avropa İttifaqının müşahidə missiyasının çıxarılması daxildir. Bunu Prezident İlham Əliyev də Rusiya mediasına müsahibəsində bildirmişdi.
Maraqlıdır, razılaşdırılan 15 maddə nədən ibarətdir?
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrinə istinadən müəyyən detalları aydınlaşdırıb.
Nəşr yazır ki, sənəddə razılaşdırılmış maddələrə demokratiya, ətraf mühitin mühafizəsi, insan haqlarıının qorunması kimi məsələlər daxildir.
“Ermənistan hakimiyyəti sazişdə 300 min azərbaycanının qayıdış hüququnun təmin edilməsi məsələsinin olmadığını desə də, əslində bunu reallaşdırmağa imkan verən bənd var. Bu bənddə qeyd olunur ki, “beynəlxalq hüquqa əsasən tərəflər dini, irqi, dil mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyinə təminat verir. Vətəndaşlığından asılı olmayaraq, hər kəsin mədəni və dini hüquqları qərəzsiz şəkildə təmin edilməlidir”. Bu bənd əslində o deməkdir ki, “azərbaycanlılar Ermənistana gəlsələr, onların təhlükəsizliyi və hüquqları təmin olunacaq”, - nəşr qeyd edib.
Məqalədə iddia olunur ki, sülh sazişi özündə Ermənistanda “Metsamor” AES-in fəaliyyətinin dayandırılmasını, Amulsar mədəninin, ümumiyyətlə sərhədə yaxın bölgələrdə mədən strukturlarının bağlanmasını ehtiva edir.
“Bununla bağlı maddənin mətni belədir: “Tərəflər ətraf mühitin təhlükəsizliyini təmin etmək və gələcək nəsillər üçün layiqli həyat şəraitini təmin etmək məqsədilə xüsusilə bir-birinin sərhədlərinə bitişik ərazilərdə ətraf mühitin çirklənməsi risklərinin qarşısını almaq üçün əməkdaşlıq etməlidir”.
Razılaşdırılmış maddələrdən biri də odur ki, tərəflər öz dövlətləri daxilində qarşı tərəfə qarşı separatçı bəyanatlar verən qruplarla mübarizə aparmalıdır”, - nəşr yazır.
Asif
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi




















.jpg)


.jpg)

.png)




.jpg)








