Cənubi Qafqaz
Paşinyanın etirafı: Ölkənin təhlükəsizliyinə tam əmin deyiləm
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin təhlükəsizliyinə tam əmin olmadığını deyib.
Publika.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısı qeyd edib ki, çoxlu risklər var və regionda sülh təkcə erməni tərəfdən asılı deyil.
Amma o, hakimiyyətin bu mühiti idarə etmək üçün nə etmək lazım olduğuna dair mövqeyi olduğunu vurğulayıb. Bu kontekstdə Paşinyan sülh gündəminin vacibliyini qeyd edib.
Eyni zamanda hökumət başçısı etiraf edib ki, risklər çoxdur və Ermənistan tərəfi sülhün təkcə ondan asılı olmadığının fərqindədir.
Baş nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət müəyyən dərəcədə Ermənistana və bütövlükdə regiona diqqət yetirir və bu diqqətdən uzunmüddətli həll yollarına nail olmaq, regionda sülhün bərqərar olması üçün istifadə etməyi bacarmaq lazımdır.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-3-də Berlində səfərdə olub. Ermənistan hökumətinin başçısı Almaniya kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşlər keçirib.
Mehti Kamiloğlu
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi