Moskvadan Paşinyanın iradına reaksiya: Həqiqətlə üz-üzə qalmalıyıq
Bizi izləyin

Cənubi Qafqaz

Moskvadan Paşinyanın iradına reaksiya: Həqiqətlə üz-üzə qalmalıyıq

Zaxarova Paşinyanın Rusiya Federasiyasının regionda fəallığının azalması ilə bağlı bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən Moskvanın Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.

"Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır. Üstəlik, Rusiya Federasiyasının xüsusi əməliyyatı fonunda xarici siyasətin bəzi sahələrinin Moskva üçün daha az prioritet olmasına dair söhbətlərin faktiki əsası yoxdur", - rusiyalı diplomat deyib.

Onun sözlərinə görə, əgər son aylarda Rusiyanın iştirakı ilə yüksək və ən yüksək səviyyədə bütöv bir silsilə təmaslar baş veribsə, hansı aktivliyin azalmasından danışmaq olar.

"Bu ləngimədir? Həqiqətlə üz-üzə qalmalıyıq... Yəqin ki, bunlar dəyər mühakimələridir, şəxsi fikirdir, bəlkə də emosiyadır”, - diplomat deyib.

Xatırladaq ki, iyulun 25-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında tərəflər arasında münasibətlərin normallaşması çərçivəsində Rusiya Federasiyasının danışıqlar fəallığının azaldığını qeyd edib.

O vurğulayıb ki, son vaxtlar qərb məkanlarında görüşlər üstünlük təşkil edir, bununla yanaşı, ABŞ dövlət katibi ilə daha çox telefon danışıqları aparıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm