Cənubi Qafqaz
Paşinyan Zəngəzurda dəhlizi satışa çıxardı, amma... - İrəvan çıxılmaz vəziyyətdə
10:55
“Zəngəzur dəhlizi kimi Paşinyanın təklif etdiyi “Sülhün kəsişməsi” layihəsinin də artıq aktuallığı yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Zəngəzurdan keçən dəhlizdə Türkiyə, Rusiya və İran iştirak etməli idi, lakin indi bu, heç kimə lazım deyil.
“İndi Paşinyan “Sülhün kəsişməsi” adı ilə dəhliz ideyasını satmağa çalışır, amma onu heç kim almaq niyyətində deyil. Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana çıxacaq. Moskva və Tehran yaxın vaxtlarda Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaq.
Bu, uzunluğu 160 kilometr olan yeni nəqliyyat dəhlizidir. Bütün bunlar o demək deyil ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizindən əl çəkir. Xeyr, sadəcə olaraq, bu ideyaya sonra qayıdacaqlar, indi yox. Türkiyə Zəngəzur dəhlizi ilə bağlı normal razılaşmanı təklif edirdi, amma əvvəl ermənilər, daha sonra İran Azərbaycanın “hücuma hazırlaşdığı” iddiasını irəli sürdü.
Azərbaycan hiss etdi ki, burada barıt qoxusu gəlir, buna görə məsələni arxa plana keçirərək, Naxçıvana İran ərazisindən çıxmağı irəli sürdü. Zəngəzur dəhilizi ilə İran ərazisindən keçən marşrut arasında fərq 5-6 kilometdir. Üstəlik, bura İranın nəzarətində olacaq və Tehranın narahatlığı aradan qalxacaq. Beləliklə, əgər fransızlar və amerikalılar ermənilərə kömək etmək istəyirlərsə, qoy etsinlər. Sadəcə olaraq, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, dərin çuxurdadır”, - Tarasov qeyd edib.
Asif
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)






















