Cənubi Qafqaz
Azərbaycan hərəkət edir, haradasan... - Paşinyanla müdafiə naziri arasında şok yazışma
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş müdafiə naziri Arşak Karapetyanla yazışmalarını sosial mediada dərc edib.
Publika.az xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Karapetyanın Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini açıqlayıb.
“Arşak Karapetyan ən qısa müddətdə xidmət edən müdafiə naziridir. 2021-ci ilin may hadisələrində o, Baş Qərargah rəisinin birinci müavini, noyabr hadisələrində isə müdafiə naziri idi. Mən onu işdən çıxarmaq qərarına gəldim. 2021-ci ilin 14 noyabrında səhər saatlarında o bildirdi ki, sərhəddə sakitlikdir, halbuki o, bu məlumatı verən zaman Azərbaycan qoşunları hərəkətə keçmiş, bir sıra mövqeləri tutmuşdu. Ya məlumatı yox idi, ya da məlumat vermədi”, - Paşinyan bildirib.
Karapetyan Paşinyanın iddialarını rədd edib, bunun yalan olduğunu deyib. Qeyd edib ki, həmin gün o, Dubayda olub.
“Orada mühüm görüş nəzərdə tutulmuşdu, həmin görüşə getdim. Ermənistanın silah alması, bəzi silah növlərinin idxalı ilə bağlı problemlərimiz var idi. Söhbət hücum dronlarından gedir. Vəziyyəti bildirməyə fiziki imkanım yox idi. Həmin məruzəni müdafiə nazirinin yerində qalan, nazir funksiyasını yerinə yetirən etməli idi”, - o bildirib.
Bu cavabdan sonra Paşinyan Karapetyanla yazışmalarını sosial şəbəkələrdə dərc edib.
Erməni baş nazirin “Arşak Karapetyanın yalanının ifşası” sözləri ilə paylaşdığı yazışma 2021-ci ilin 14 noyabr tarixinə aiddir. Karapetyan səhər saat 09:38-də Paşinyana səsli mesaj göndərib:
- Cənab baş nazir, sizə can sağlığı arzulayıram. Bizdə hər şey normaldır.
Paşinyan saat 16:12-də Karapetyana yazır:
- Haradasan?
Saat 16:39-də əlavə edir:
- Məsuliyyətsiz iş ortaya çıxdı.
Saat 18:26-da yazır:
- Ciddi söhbətimiz olacaq.
Saat 18:58-də qeyd edir:
- Baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməlisiniz.
Karapetyan Paşinyanın mesajlarına cavab verməyib.
Asif
-
MDB10:1810 il işləyən həkimə EV VERİLSİN - Yeni təklif
-
ABŞ09:24Trampdan Xark adası ilə bağlı şok paylaşım: “Param-parça olur!” - VİDEO
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu














.jpg)






















.jpg)
