Cənubi Qafqaz
Ermənilər xəritə yaydı: Azərbaycan bu əraziləri nəzarətə götürür - FOTO/VİDEO
Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan işğal altında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) qaytarılmasından sonra nələr baş verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Abramyan fikirlərini xəritələr üzərində izah edib.
“4+4 variantında (birinci mərhələdə anklav olmayan 4 kənd, ikinci mərhələdə anklav olan 4 kəndin qaytarılması) Tavuş rayonunun qəsəbələri və dövlətlərarası əhəmiyyət daşıyan infrastrukturun hansı vəziyyətə düşəcəyini iki xəritədə anlamaq mümkündür.

Birinci xəritədə Sofulu və Bərxudarlı yaşayış məntəqələri yer alır. Bu kəndlər İcevandan başlayan Azatamut-Kayan-Vazaşen-Berd yolunun kəsişməsində yerləşir. Beləliklə, bu yol Azərbaycanın nəzarətinə keçəcək. Alternativ sayılan Çəmbərək-Berd yolu təmir olunsa da, relyef və iqlim baxımından problemlidir. Digər tərəfdən, bu alternativ yolun bir neçə hissəsi də cəbhə xəttinə çox yaxındır və Azərbaycan ordusunun atəş xəttinə düşəcək.

İkinci xəritədə 8 kəndin verilməsindən sonra dəyişəcək vəziyyət açıq yaşıl rəngdə göstərilir. Xəritədən göründüyü kimi, bu kəndlərin təhvil verilməsinin birbaşa və dolayı yolla ciddi fəsadları var. Çox sayda kənd təcrid və ya yarımizolyasiya (respublika və regional logistika marşrutlarından kənarda) vəziyyətinə düşür”, - Abramyan qeyd edib.
Asif
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər

















.webp)





















