Cənubi Qafqaz
Paşinyan bu bölgəyə adam göndərdi: Qarabağla bağlı "B" planı işə salındı
Ermənistan hakimiyyəti İrəvanda qondarma “mühacir hökumət” kimi fəaliyyət göstərmək istəyən Qarabağ separatçılarına qarşı "B" planını işə salıb.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu plan Qarabağdan qayıdan erməni əhalisinin Ermənistan dövlət qurumları ilə birbaşa əlaqəsinin yaradılmasıdır.
“Ötən həftənin şənbə günü hakim partiyanın üzvlərindən ibarət qrupun Araqatsotn bölgəsinə səfər etdiyi və bu bölgədə yaşayan “Qarabağ erməniləri” ilə görüşdüyü, onların problemlərini müzakirə edərək, həll ediləcəyinə dair söz verdiyi haqda məlumatlar yayılıb.
Mənbələrimiz əmin edir ki, görüşdə onlarla insan iştirak edib. Hökumət bu cür görüşlərlə “artsax strukturlarının” (qondarma rejimin hələ də fəaliyyət göstərmək istəyən “qurumları”-red) üzərinə məzar daşı qoymaq istəyir. “Qarabağ erməniləri”nin problemlərini də (qondarma) “artsax strukturları” vasitəsilə yox, birbaşa həll etdiyini göstərir. Yəni bu halda “artsax strukturları”na heç bir ehtiyac qalmır. Bu, hökumətin "B" planıdır”, - nəşr yazır.
Asif
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü





































