Cənubi Qafqaz
Rusiya Ermənistanı belə cəzalandıracaq - Manukyandan şok açıqlama
İrəvanın xarici siyasət dönüşü və Moskva ilə münasibətlərin pozulması Ermənistan üçün, xüsusən də iqtisadiyyat və təhlükəsizlik sahələrində ən ciddi problemlərə gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan deputatı Areqnaz Manukyan bildirib.
“Mən Ermənistanın xarici siyasət istiqamətlərinin dəyişdirilməsinin qəti əleyhinəyəm. Ermənistan geosiyasi oyunlarda alver predmetinə çevrilməməlidir. Hazırkı hakimiyyətin niyyətlərinə gəlincə, mən dəfələrlə bildirmişəm ki, Rusiya ilə münasibətləri pozmaq kursu qəbuledilməzdir. Strateji müttəfiq - Rusiya Ermənistana ilk növbədə siyasi və iqtisadi cəhətdən zərər verəcək”, - Manukyan “RİA Novosti”yə bildirib.
“Bunun üzərinə təhlükəsizlik məsələlərini də əlavə etsək, o zaman birmənalı şəkildə deyə bilərik ki, belə bir dönüş olacağı təqdirdə ölkəmiz eyni vaxtda bir neçə istiqamətdə çox ciddi problemlərlə üzləşəcək”, - o vurğulayıb.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, İrəvan ABŞ və Avropanı özünün əsas tərəfdaşları hesab edir, lakin bu, xarici siyasətdə dönüş demək deyil. O əlavə edib ki, Ermənistan NATO-ya daxil olmaq niyyətində deyil, ölkənin artıq təşkilatla əməkdaşlığı var.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 28-də “İzvestiya”ya müsahibəsində bildirib ki, Ermənistan rəhbərliyi uzaqgörən bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır.
Akqabay
-
Nida Xəbər 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Ekologiya18:30Üç gün yağış yağacaq
-
Sosial17:37Şəhid ailəsinə yararsız ət göndərən vəzifəliyə töhmət verildi
-
Rəsmi xronika16:42Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika15:31İlham Əliyev sərəncam imzaladı
-
İdman14:18DÇ-2026-dakı qardaşlar: Düz yeddi cütdürlər - FOTOLAR
-
Yaxın Şərq11:57SEPAH İsraili hədələdi: 2000-ci ildəki kimi olacaq
-
MDB11:32Rusiya bazarını balıqla bu üç ölkə doldurur - Azərbaycan da var






















.jpg)














