Cənubi Qafqaz
Gürcüstanda qadınlarla bağlı yeni qərar - Hər dördüncü şəxs...
Gürcüstan hakimiyyəti qadınlar üçün kvotaları ləğv edən qanun layihəsini qəbul etmək niyyətindədir. Hakimiyyət hesab edir ki, qadınlar seçki siyahısına salınmalı idi. Respublikanın ombudsmanı yeniliyə qarşı çıxıb.
Publika.az xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası “Girçi” partiyasının təşəbbüsü ilə seçki siyahısının yaradılmasında qadınlar üçün nəzərdə tutulan kvotaların ləğvi ilə razılaşıb. Bu kvotalara görə siyahıda hər dördüncü şəxs qadın olmalıdır.
Gürcü hüquq müdafiəçisi Levan İoseliani yeni qanun layihəsi barədə mənfi fikirlər səsləndirib. Onun fikrincə, bu, ayrı-seçkiliyə qarşı mühüm aspektdir.
“Gender kvotası mexanizmi qadınlara verilən imtiyaz deyil, qadınlara qarşı ayrı-seçkilikçi münasibətlərin aradan qaldırılması, stereotiplərlə mübarizə və beynəlxalq səviyyədə tanınmış öhdəliklərin yerinə yetirilməsi üçün mühüm vasitədir”, - İoseliani qeyd edib.
Onun sözlərinə görə, demokratik ölkədə qadınların səsi nəzərə alınmalı, onlar qanunvericilik səviyyəsində eşidilməlidir.
Ombudsman xatırladıb ki, 2022-ci ildə respublika hakimiyyəti kvotaları bir il uzadıb və bununla da onların vacibliyini vurğulayıb.
Mövcud qanunvericiliyə görə, qarşıdan gələn parlament seçkilərində hər dördüncü namizəd qadın olmalıdır. Eyni zamanda, 2028-ci il seçkilərində hər üç namizəddən biri qadınlar olmalıdır.
Akqabay
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü





































