Cənubi Qafqaz
Paşinyanın deputatı hər şeyi açdı: Kəndlər qaytarılır, Qarsdan, İğdırdan imtina edilir
“Qərbdəki tərəfdaşlarımızın ortağı olan Türkiyəni inandıracağıq ki, Qarsı, Sürməlini, İğdırı almaq fikrində deyilik. Elə etməliyik ki, Türkiyə bizdən çəkinməsin. ABŞ Türkiyəyə deyəcək ki, Ermənistan marionetdir, Fransa deyəcək ki, ermənilər bizim qardaşımızdır. Türkiyə də Azərbaycanı inandıracaq. Ən savadsız adam belə anlayır ki, müharibənin ermənilərə xeyri yoxdur”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan müxalif media olan “Hraparak”a müsahibəsində deyib.
Paşinyanın deputatı erməni jurnalistin “Türkiyə və Azərbaycanın Tavuşu, Cermuku (İstisu-red), İrəvanı almaq istəməsində proble görmürsünüz” sualına cavabında bildirib ki, Tavuş torpaqlarını heç kim vermir: “Bu ərazilər Azərbaycana məxsus yaşayış məntəqələridir və onlar qaytarılır”.
O.Ağazaryan aprelin 5-də keçiriləcək Brüssel görüşünün Ermənistan iqtisadiyyatının və müdafiə qabiliyyətinin gücləndirilməsinə hesablandığını da bildirib.
Asif
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü





































