Cənubi Qafqaz
Ermənistanda həbs olunan Qalstyan 7 ay Xankəndidə görün nə edib: onun evində qalaraq...
Xəbər verdiyimiz kimi, Xankəndidə qaldığı deyilən və şəhərin komendantı təyin ediləcəyi iddia olunan Sarkis Qalstyan bir neçə gün əvvəl Ermənistana qayıdıb və Gorusda erməni xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. S. Qalstyan casusluqda ittiham olunur. Onun həyat yoldaşı Marqarita Şahnazaryan da Sarkis Qalstyanla birlikdə Ermənistana gedib.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Qalstyanın 7 ay müddətinə Xankəndidə qaldığını yazıb. Nəşr həmçinin onun həmin müddətdə nə işlə məşğul olduğunu araşdırıb.
“Qohumları Qalstyanın 7 ay sonra Ermənistana qayıtmağa niyə qərar verdiyini bilmir. Bizə dedilər ki, əvvəldən Sarkis Qalstyan və onun həyat yoldaşına qohumları Qarabağdan çıxmağı xahiş və təkid ediblər. Onların Ermənistana qayıtması üçün çağırış davam edib. Lakin Qalstyan həmişə ümid edirdi ki, ermənilər tez və ya gec Rusiyanın vasitəçiliyi ilə Qarabağa qayıdar və bu halda o, artıq Xankəndidə müəyyən statusa malik olacaq. Sanki Xankəndidən çıxmayıb və hansısa rolu öz üzərinə götürə bilər. Ola bilsin ki, 7 aydan sonra geri dönüşün olmadığına əmin olub, köçmək qərarına gəlib”, - nəşr yazıb.
Məlumata görə, o, həyat yoldaşı ilə birlikdə bu müddət ərzində separatçı Bako Saakyanın evində yaşayıb. Qohumları deyir ki, sonuncu dəfə bir ay əvvəl onlarla əlaqə saxlayıb. Qalstyanın sərhədi keçməsi və Ermənistanda həbs olunması yaxınları üçün gözlənilməz olub.
Qeyd edək ki, ermənilər Qarabağdan kütləvi şəkildə çıxdıqdan sonra S.Qalstyanın Xankəndidə qaldığı deyilirdi. Onun Xankəndinin komendantı təyin olunacağı haqda da məlumatlar yayılmışdı. Lakin bu məlumatların heç biri təsdiqini tapmadı.
Akqabay
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








































