Cənubi Qafqaz
Gürcüstanı qarışdıran qanun layihəsi parlamentə təqdim ediləcək
Hakim "Gürcü Arzusu” bu gün, aprelin 8-də Parlamentin büro iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qeydə alacaq.
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, büronun iclası saat 15:00-də başlayacaq. Büronun iclasına paralel olaraq vətəndaş fəalları, siyasi partiyalar və Qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar saat 14:00-dən etibarən Parlamentin ətrafına toplaşaraq hakimiyyətin sözügedən qanun layihəsinə etiraz aksiyası keçirəcək.
Qeyd edək ki, ictimaiyyətdə "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi "Xarici agentlər" və ya "Rusiya qanunu" kimidə adlandırılır və dəyərləndirilir.
Bəs bu qanun layihəsi nədir?
Qanun layihəsinin sənədində qeyd olunub ki, illik büdcəsinin 20%-dən çoxunu xarici donorlar hesabına formalaşan Qeyri-hökumət təşkilatların, həmçinin media orqanlarının “Xarici qüvvələrin maraqlarını tətbiq edən təşkilat” kimi reyestrdən keçməsini, həmçinin hər il maliyyə bəyanatı təqdim etməsi gərəkdir. Qaydalara riayət etməyən təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur. Bununla belə xaricdən qrant alan QHT rəhbərləri və medialar Ədliyyə Nazirliyinin reystr xidmətində "Xarici qüvvələrin maraqlarını tətbiq edən təşkilat" kimi qeydiyyatdan keçməli olacaq. Qanun layihəsində Ədliyyə Nazirliyinə istənilən vaxt təşkilat fəaliyyətini araşdırmaq və nəzarət etmək səlahiyyəti veriləcək.
Məlumat üçün bildirək ki, "Gürcü Arzusu"nun Parlamentdə qəbul etmək istədiyi "Xarici qüvvələrin maraqlarını tətbiq edən təşkilat" qanun layihəsini müxalifət partiyaları, QHT-ı, vətəndaş cəmiyyəti və Avropa İttifaqı, Gürcüstanın Qərb tərəfdaşları, o cümlədən ABŞ tənqid edir və sözügedən qanun layihəsini "Rusiya qanunu" adlandırır. Üstəlik qeyd olunur ki, bu qanun layihəsi Gürcüstanda ifadə azadlıqına və müstəqil medianın fəaliyyətinə kölgə salacaq.
Xatırladaq ki, “Gürcü arzusu” 2023-cü ilin ğmartında “Xarici agentlərlə" bağlı qanun layihısini qəbul edə bilməyib. Qanun layihəsinin birinci oxunuşda qəbul edilməsindən sonra cəmiyyətin bütün sahələrinin nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının kəskin etirazları müşahidə olunub. Bu, Amerika və Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşlar tərəfindən tənqid edilib. Martın 7-də xüsusi təyinatlılar Parlamentin qarşısına toplaşan nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Martın 8-də də eyni hal təkrarlanıb.
Etirazlardan sonra hökumət müvafiq qanun layihəsinu geri götürmək məcburiyyətində qalıb. Dövrün "Gürcü Arzusu" partiya sədri İrakli Kobaxidze bəyan etmişdi ki, “Belə bir qanunun təşəbbüskarı olmaq artıq bizim planlarımıza daxil deyil”.
-
Elm və təhsil12:20İmtahan sualları niyə çaşdırıcı olur? – Səbəbləri açıqlandı
-
Ekologiya12:12Azərbaycanda bu ərazilərə qar yağır - Faktiki hava
-
Hadisə11:31Bu maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - Foto
-
MDB11:25Dnepr vuruldu - 2 nəfər ölüb, 20-dən çox yaralı var
-
Sosial10:02Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
-
ABŞ09:32ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
-
Avropa09:00Hörmüz boğazında əməliyyat keçirilə bilər - Almaniya gəmilər göndərir
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...




































