Cənubi Qafqaz
Ermənistan “Ura”nı bu sözlə əvəz edir
Ermənistan silahlı qüvvələrinin yeni daxili xidmət nizamnaməsi olacaq və bununla bağlı müvafiq qanun layihəsi hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib.
Yeni nizamnaməyə keçid orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcək. Qeyd olunub ki, nizamnamənin yekun variantı hələ hazır deyil, lakin bəzi detallar artıq məlumdur. Xüsusilə, komandirin şəxsi heyəti təbrik etdiyi vəziyyətlərdə “Ura!” təntənəli nidasının dəyişdirilməsi nəzərdə tutulur. Bu sözün əvəzinə “Kezza!” (Yaşasın) ifadəsindən istifadə ediləcək.
Məlumata görə, buna səbəb “Ura!” nidasının sovet ordusundan miras qalmasıdır. SSRİ dövrünə aid məlumatı silmək üçün Ermənistan hökuməti dəyişikliyə qərar verib.
Sənədin müəllifləri bildiriblər ki, onlar nizamnaməni ordunun heç bir modelinə uyğunlaşdırmağı planlaşdırmırlar.
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı





































