Cənubi Qafqaz
Türkiyə ilə sərhədin açılması əlamətdar hadisə olacaq - Paşinyan
Ermənistan-Türkiyə sərhədinin açılması region üçün əlamətdar hadisə olacaq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müvafiq səylər göstərilməlidir. “Burada bir sosial-psixoloji nüansa toxunmaya bilmərəm. Qeyd etmək çox vacibdir ki, mən indi Ermənistan-Türkiyə münasibətlərindən deyil, Ermənistanla Türkiyə arasındakı münasibətlərdən danışıram. Bu iki formulun ümumi xüsusiyyətləri var”, - Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistanla Türkiyə arasında münasibətlər hazırda gözləmə rejimindədir. “Ermənistan əldə edilmiş və rəsmi qeydə alınmış razılaşmaların həyata keçirilməsini gözləyir. Xüsusilə, söhbət üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistanla Türkiyə arasında quru sərhədinin açılmasından gedir”, - deyə hökumət başçısı izah edib.
Paşinyan qeyd edib ki, müəyyən xarici oyunçular öz siyasi və ya hərbi-siyasi məqsədləri əsasında Ermənistanın yürütdüyü xarici siyasəti təhrif etməyə, regionda bölücü xətlər yaratmaq üçün saxta mülahizələr irəli sürməyə çalışırlar.
Akqabay
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı





































