Cənubi Qafqaz
Türkiyə - Ermənistan sərhədində sensasiyalı plan: İlk addımı bu türk dövləti atdı
Ermənistanın Ararat (Ağrı) və Araqatsotn bölgələrində Qazaxıstanın fəxri konsulluğunun əlavə ofisləri açılacaq.
Publika.az xəbər verir ki, bu, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu gün Ermənistana səfəri ərəfəsində gündəmə gəlib.
Tokayev “Armenpress”ə müsahibəsində bildirib ki, Ermənistanla əlaqələri dərinləşdirmək əzmindədirlər. Buna əyani nümunə kimi Ararat və Araqatsotn bölgələrində Qazaxıstanın fəxri konsulluğunun əlavə ofisinin açılması qərarını göstərib. Ofislərin bu il ərzində açılması nəzərdə tutulur.
Ermənistanda bu addımdan narahat olanlar var. “Hraparak” nəşri yazır ki, Qazaxıstanın konsulluq şöbələrinin Türkiyə sərhədindəki bölgələrdə açılmasının arxasında planlar var.
“Bu konsulluqların açılmasının türk dünyasının birləşməsi layihəsində daha bir “açara” çevriləcəyi, Mərkəzi Asiyanı Türkiyəyə birləşdirməyə xidmət edəcəyi istisna edilmir. Xatırlatmaq lazımdır ki, Türkiyə Ermənistanla quru sərhədini birinci növbədə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açacaq. Qazaxıstan konsulluqlarının sərhəddə ofislərinin açılması ilk “benefisiarlar” olacaq”, - nəşr yazır.
Asif
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi























.jpg)













