Cənubi Qafqaz
İsrail İranı vuracaq, Azərbaycan bu əraziləri götürəcək - İrəvanda nədən qorxurlar?
09:24
İranın İsrailə hücumundan sonra Yaxın Şərqin yeni və daha dəhşətli müharibə mərhələsinə qədəm qoyması Ermənistanda qorxu ilə izlənilir. Erməniləri narahat edən əsas məqam mümkün İran-İsrail müharibəsi zamanı Tehranın İrəvanın maraqlarını müdafiə etməyəcəyi, yaxud buna sadəcə olaraq, imkanının olmayacağıdır. Belə olanda Ermənistan Azərbaycan qarşısında daha da təklənmiş vəziyyətə düşəcək.
Publika.az xəbər verir ki, iranşünas erməni Janna Vardanyan İran-İsrail müharibəsinin bölgədə Azərbaycanın əlini gücləndirə biləcəyini iddia edir.
“İran Sünik (Zəngəzur) məsələsində ciddi rol oynasa da, Yaxın Şərqdə vəziyyət pisləşərsə, hər şey Ermənistanın əleyhinə dəyişəcək. Azərbaycan Sünikə müdaxilə edə və bu bölgəni nəzarətə götürə bilər”, - Vardanyan iddia edir.
Halbuki, Zəngəzur da daxil olmaqla Ermənistan adlı dövlətin qurulduğu torpaqlar tarixi ərazilərimiz olsa da, Azərbaycanın hansısa hərbi müdaxiləyə gedəcəyi iddiası doğru deyil. Əslində Ermənistanda narahatlıq Rusiya ilə münasibətlərin pisləşməsi fonunda İrəvanın coğrafi olaraq sığındığı yeganə qapının – İranın da əllərindən çıxmasıdır.
J.Vardanyan bildirib ki, İran-İsrail müharibəsi iqtisadi baxımdan da Ermənistana ziyandır.
“Bu baş verərsə, İrandan məhsul idxalı çətinləşəcək, eləcə də kommunikasiyalarda problemlər yaranacaq”, - o qeyd edib.
Qeyd edək ki, İran İsrailə hücumdan sonra “müharibədə maraqlı” olmadığını bildirib. İndi əsad diqqət İsrailin İrana verəcəyi cavabdır. İsrail İrana hücum edərsə, dəhşətli müharibənin başlanacağı proqnozlaşdırılır.
Asif
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır

















.jpg)





















