Cənubi Qafqaz
Gürcüstan parlamenti qalmaqallı qanunu təsdiqlədi
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Publika.az xəbər verir ki, bu sənəd Tbilisidə müxalifətin kütləvi etirazlarına səbəb olmuşdu. 83 deputat qəbulun lehinə, 0 nəfər əleyhinə səs verib, müxalifət səs verməyərək iclas zalını tərk edib.
Sənəd hələ ikinci oxunuşda qəbul edilməlidir - dinləmələr mayın 17-də keçiriləcək.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində illik gəlirinin 20 faizindən çoxunu xarici mənbələrdən əldə edən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata alınması nəzərdə tutulur. Onlardan ildə bir dəfə əmlak bəyannaməsi təqdim etmələri tələb olunacaq. Tələblərə əməl edilmədikdə inzibati cərimələr nəzərdə tutulur. Dəyişikliklər həmçinin QHT-lərin qeydiyyatdan keçməli olduğu orqanlar üçün qeydiyyat prosedurlarını və nəzarət mexanizmlərini müəyyən edir.
Gürcüstanın hakim partiyasının nümayəndələri iddia edirlər ki, bu düzəlişlər ABŞ-ın xarici agentin qeydiyyatı haqqında qanununun sulandırılmış versiyasıdır. Onların fikrincə, düzəlişlər “ictimai məlumatlandırmanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”. Eyni zamanda, Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsini “birbaşa təxribat, Rusiyanın sabitliyi pozmaq strategiyası” adlandırıb. O, Avropa Şurasının növbədənkənar iclasının keçirilməsi tələbi ilə Fransa prezidentinə və Aİ hakimiyyətinə müraciət edib.
Akqabay
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ



































