Cənubi Qafqaz
Ermənistan başqa əraziləri də Azərbaycana qaytaracaq - Qapalı görüşün DETALLARI
Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində icma rəhbərləri ilə 5 saat davam edən qapalı görüşünün detalları yayılıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri görüşdə iştirak edənlərə istinadən yeni ərazilərin də Azərbaycana təhvil verilə biləcəyini yazıb.
“Paşinyan kəndləri qaytarmayacaqları təqdirdə müharibənin olacağını bildirib. Görüşdə kənd rəhbərləri Paşinyandan soruşublar ki, 4 kəndin verilməsindən sonra müharibə təhlükəsi aradan qalxacaqmı? Baş nazir isə belə zəmanətin olmadığını deyib. Qeyd edib ki, hadisələr bütün ssenarilər üzrə inkişaf edə bilər, Ermənistan maksimum müharibədən qaçmalıdır. İcma rəhbərləri təklif edib ki, delimitasiya proporsional qaydada aparılsın, Azərbaycan da Ermənistan ərazilərini (?) qaytarsın. Paşinyan cavab verib ki, hazırda bu məqbul variant deyil, Azərbaycan bunu qəbul etməyəcək”, - nəşr yazır.
Noyemberyan merinin müavini nəşrə bildirib ki, “görüşdən sonra bizim üçün təhlükənin olduğunu anladıq, biz bunu birtərəfli güzəşt hesab edirik, ona görə prosesdə iştirak etməyəcəyik”.
Nəşr qeyd edir ki, görüşdə iştirak edən icma rəhbərləri Azərbaycana yeni ərazilərin də təhvil veriləcəyini düşünürlər.
Asif
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
























.jpg)













