Cənubi Qafqaz
Ermənistan ordusu iyun ayına qədər... – Arutyunyan hansı sirləri etiraf edib? - VİDEO
“Ermənistan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Qara pantera” hərbi qruplaşmasının rəhbəri Serob Qasparyan deyib.
Qasparyan bildirib ki, təslim aktına görə Ermənistanın silahlanmağa haqqı yoxdur: “Buna görə Azərbaycan Ermənistana silah göndərilməsinə qarşı çıxır. Hazırda Ermənistan rəhbərliyi himnimizin, gerbimizin, konstitusiyamızın dəyişilməsindən danışır. Bu o deməkdir ki, ölkəmiz artıq təslim olub”.
Qasparyan sensasiya hesab olunacaq iddia irəli sürüb.
“Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş “rəhbəri” Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə - avtomatla silahlanmış patrul xidməti qoruyacaq. Bu, Azərbaycanın tələbidir və o deməkdir ki, Ermənistan qeyd-şərtsiz təslim olub. Ermənistana vaxt verilib. Məlumatlar var ki, iyun ayı sonuncu vaxtdır, buna qədər sərhəddə erməni ordusu qalmayacaq, ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək”, - o bildirib.
Qasparyan deyib ki, Ermənistanın bütün sərhədləri Azərbaycanın nəzarətində olacaq.
Asif
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
























.jpg)













