Cənubi Qafqaz
Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ: "Zorakılığı dərhal dayandırın"
Gürcüstan prezidenti Salome Zurabişvili təhlükəsizlik qüvvələrini Tbilisidə ikinci dəfə qəbul etməyə çalışdıqları xarici agentlər haqqında qanun layihəsinə qarşı etirazçıları dağıtmağı dayandırmağa çağırıb
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən daxili işlər nazirini (Vaxtanq Qomelaurini) dinc mitinqin dağıdılmasını, qeyri-mütənasib gücdən istifadəni və yalın əlləri ilə gələn gənclərə qarşı zorakılığı dərhal dayandırmağa çağırıram.
Mən ombudsmana müraciət edirəm ki, xüsusi təyinatlıların bütün əsassız və qanunsuz hərəkətlərinin dayandırılması üçün dərhal reaksiya versin", - deyə prezidentin bəyanatında bildirilir.
Prezident vurğulayıb ki, “aksiya dinc şəraitdə keçib, heç bir təhlükə yaratmayıb, asayiş üçün təhlükə olmayıb”.
Qeyd edək ki, bundan əvvəl təhlükəsizlik qüvvələri su şırnaqlarından istifadə edərək etirazçıları parlament binası qarşısında Rustaveli prospektindən çıxarmağa başlayıb.
Hüseyn İbadlı
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
















.png)



















