Cənubi Qafqaz
Paşinyan hücum tapşırığı verdi: bu gün İrəvanda qırğın olacaq
Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Tavuş hərəkatı” bu gün İrəvana çatıb və Respublika meydanında mitinq təyin edilib.
Publika.az xəbər verir ki, baş verənlər bu gün İrəvanda qarşıdurmanın yaşana biləcəyini göstərir.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında “Tavuş hərəkatı”nın keçmiş prezident, “Ermənistan” fraksiyasının lideri Robert Koçaryan tərəfindən idarə edildiyini bildirdi və qeyd etdi ki, istənilən qanunsuz hərəkətə qarşı sərt addımlar atılacaq. Paşinyanın komandasının üzvləri də aksiyaya müdaxilələrin ediləcəyi haqda xəbərdarlıq edib. Lakin Baqrat və başının dəstəsi geri çəkilmək niyyətində deyil.
“Joxovurd” qəzeti yazır ki, Paşinyan komanda üzvlərinə aksiyada kimlərin iştirak etdiyini və ictimai əhval-ruhiyyəni öyrənmək, toplantını pozmağın yollarını tapmaq tapşırığı verib.
“Hakim komandada düşünürlər ki, belə aksiyalar hakimiyyət dəyişikliyi ilə nəticələnməsə belə, bu cür üsyanlar “qartopu” effekti yarada və hərəkat tədricən güclənə bilər. 2018-ci ildə onlar özləri bu yolla hakimiyyətə gəlmişdi. Paşinyan Gümrüdən yürüşə başlayanda ona dəstək az idi, lakin tədricən gücləndi və hakimiyyətə gələ bildilər”, - qəzet yazır.
Ermənistan mediasında yayılan məlumatlara görə, hakimiyyətin aksiyaya müdaxiləsi İrəvan küçələrində toqquşmalara zəmin yarada bilər.
Asif
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı















.png)




















