Cənubi Qafqaz
Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"
Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi "Tavuş hərəkatı"nın mitinqi fonunda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ölkəni tərk edib.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşrin nənbələrinin bildirdiyinə görə, o, Almaniyada illik profilaktik tibbi müayinədən keçməyə qərar verib və bu, çoxdan planlaşdırılıb.
"Bəlkə də Sarkisyanın səfəri Tavuşda başlayan hərəkatın arxasında onun izini görməmək və Baqratın başçılığı ilə başlayan hərəkatı əvvəlkilərlə bağlamamaq üçün xüsusi olaraq təxirə salınmayıb. Baxmayaraq ki, o, kənarda dayanıb və müxalifət arasında gedən müzakirələrdə fəal iştirak edə bilmir. Lakin mənbələrimiz bizi əmin etdilər ki, Sarkisyan bir neçə günlüyünə gedib və həftəsonu qayıdacaq", - nəşr yazıb.
Qeyd edək ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Tavuş hərəkatı” bu gün İrəvana çatıb və Respublika meydanında mitinq təyin edilib.
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında “Tavuş hərəkatı”nın keçmiş prezident, “Ermənistan” fraksiyasının lideri Robert Koçaryan tərəfindən idarə edildiyini bildirib. O, istənilən qanunsuz hərəkətə qarşı sərt addımlar atılacağını açıqlayıb.
Akqabay
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı















.png)




















