Cənubi Qafqaz
Qoşunlar çıxarılır - Paşinyan Əliyevin daha bir tələbini yerinə yetirdi
09:30
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirib.
Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, Paşinyan mayın 8-də Moskvada Putinlə görüşdükdən sonra Rusiya sərhədçilərinin sərhəd boyu ərazilərdən çıxarılması prosesinə start verib.
“Rusiya sərhədçiləri əsasən Azərbaycanla sərhəddən geri çəkilirlər. İran və Türkiyə ilə sərhəddə isə qalırlar. Bu, İlham Əliyevin tələblərindən biridir. Sülh müqaviləsinin ilkin variantında rəsmi Bakı tələb irəli sürmüşdü ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkənin nümayəndələri dayanmamalıdır.
Bizə həmin sənədin cızma-qarasını verdilər. Orada yazılır ki, “tərəflər öz sərhədlərində üçüncü tərəf qüvvələrinin olmasını istisna etməlidir”. Yəni Paşinyan rus sərhədçilərini çıxarmaqla suverenlik və müstəqillik nümayiş etdirməyib, Əliyevin daha bir tələbini yerinə yetirib”, - nəşr iddia edir.
Asif
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı












.png)





















