Cənubi Qafqaz
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ
Gürcüstanda aksiya zamanı polisin qanuni tələblərinə tabe olmayan və xırda xuliqanlıq edən 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat tayıb.
Daxili İşlər Nazirliyi nümayişin təşkilatçılarını və iştirakçılarını hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyə çağırıb.
Nümayişin dinc şəraitdə keçirilməsinin zəruriliyi ilə bağlı çoxsaylı polis xəbərdarlığına və DİN-in çoxsaylı xəbərdarlıq bəyanatlarına baxmayaraq, nümayiş iştirakçıları qanuni çağırışlara tabe olmayıb, polis məmurlarına müxtəlif küt əşyalar və boyalar atıblar.
Nümayişçilər magistral yolun ortasına müxtəlif dəmir konstruksiyalar yerləşdiriblər. Parlament binasına icazəsiz girişin qarşısını almaq və ictimai asayişi bərpa etmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla müəyyən edilmiş adekvat güc və xüsusi tədbirlərdən istifadə ediblər.
Hazırda etirazçılar tərəfindən zədələnmiş qoruyucu dəmir hasar bərpa edilib və etirazçılar qanuna uyğun olaraq parlamentə bitişik ərazidə aksiya keçirmək imkanı əldə ediblər.
Daxili İşlər Nazirliyi bir daha aksiyanın təşkilatçılarını və iştirakçılarını hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırır.
Hüseyn İbadlı
-
Nəqliyyat07:35Bakı sakinlərinə sevindirici xəbər - Video
-
Hadisə03:19Üstündən avtobus keçən qadının nəvəsi danışdı - Video
-
Qoroskop01:38Günün ulduz falı: diqqət mərkəzində olacaqsız
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp















.jpg)




















