Cənubi Qafqaz
Paşinyandan delimitasiya ilə bağlı dünənki görüşə REAKSİYA: Böyük uğurdur
Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanması böyük uğurdur.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O qeyd edib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.
“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - Paşinyan əlavə edib.
O, bu prosesə görə Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib.
Tərəflər sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrimli (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Akqabay
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı






































