Cənubi Qafqaz
Gürcüstanın Baş naziri ÖLÜMLƏ HƏDƏLƏNDİ: "Çox diqqətli olmalısınız"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze slovakiyalı həmkarı Robert Fikoya qarşı sui-qəsd cəhdində qlobal müharibə tərəfini günahlandırıb və növbəti hədəfin o ola biləcəyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.
"Vurğulayıram ki, ilkin məlumata görə, baş nazirə hücumun izi qlobal müharibə tərəfi ilə xüsusilə sıx bağlı olan ölkələrdən birinin kəşfiyyatı ilə bağlıdır", - Kobaxidze "Facebook" səhifəsində bildirib.
Baş nazir Avropa komissarlarından birindən aldığı təhdidlər barədə danışmaq qərarına gəlib. Kobaxidze ad çəkməyib. Ehtimal olunur ki, söhbət "Xarici agentlər haqqında” qanunundan gedib.
Kobaxidzenin sözlərinə görə, onunla söhbətində Avropa komissarı prezidentin "Xarici agentlər haqqında” qanuna veto qoymasından sonra bir sıra tədbirləri sadalayıb.
“O, bu tədbirləri sadalayarkən qeyd etdi: "Fikonun başına gələnləri görmüsünüzsə, çox diqqətli olmalısınız"", - Gürcüstanın baş naziri yazıb.
Kobaxidze qeyd edib ki, bu paralel qlobal müharibə tərəfi qarşısında son dərəcə təhlükəli qüvvə ilə qarşılaşdığımızı xatırladır.
“O, Gürcüstana xaos gətirmək üçün hər şeyi etməyə hazırdır”, - deyən Kobaxidze qeyd edib və əlavə edib ki, onların planları bu dəfə də baş tutmayacaq.
"Gürcüstanda sülh və siyasi sabitlik, şübhəsiz ki, qorunacaq, bu, ölkənin inkişafı üçün zəruri şərtdir", - Baş nazir əlavə edib.
Hüseyn İbadlı
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
MDB16:56Putin Omskda Tokayevlə görüşdü - VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU






.jpg)






























