Cənubi Qafqaz
Ermənistanda YENİ DÖNƏM - “Müqəddəs Baş nazir” Paşinyanı devirəcək?
"Bir aydır görüşlərdə, məsləhətləşmələrdə olmuşuq".
Publika.az News.am-a istinadla xəbər verir ki, bu barədə İrəvanda Respublika Meydanında çıxışı zamanı professor, şərqşünas Qurgen Melikyan məlumat verib.
“Siyasi partiyalardan tutmuş ictimai qurumlara, akademik, elmi, mədəni, iqtisadi dairələrə qədər bütün sahələrin, qrupların nümayəndələri, təhlükəsizlik məsələləri üzrə mütəxəssislər, diplomatlar, iş adamları, hüquqşünaslar, müxtəlif sosial qruplar və bir çox digərləri ilə görüşlər keçirilib.
Bütün görüşlərdə və müzakirələrdə iştirak edənlərin böyük əksəriyyəti razılaşdı ki, o şəxs, əlbəttə, Baqrat Qalstanyandır. Siyasi qüvvələrimiz və xalqımız arasında hərəkatın lideri Baqrat Qalstanyanın da baş nazir olması ilə bağlı açıq fikir birliyi var”, - Melikyan deyib.
Bundan sonra mitinq iştirakçıları belə şüarlar səsləndirməyə başlayıblar: "Müqəddəs Baş nazir"
"Biz başa düşürük ki, bu, arxiyepiskop üçün çətin qərardır, çünki bu, onun bütün həyatını dəyişir. Bu, çətin bir qərardır, lakin bu, xidmətin bir hissəsidir. Vətəninə, torpağına, xalqına xidmət edən insanın edə biləcəyi mənəvi xidmətin ən mühüm hissəsi də budur”, - o əlavə edib.
Hüseyn İbadlı
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































