Cənubi Qafqaz
Ermənistan sabah saat 8-də QARIŞA BİLƏR: "Tələblərimiz yerinə yetirilməsə..."
"Əgər nədənsə hökumətin bağ evlərinin yanında söhbət etmək imkanımız yoxdursa, tələb olunduğu kimi bütün müddət ərzində öz aksiyalarımızı həyata keçirməyi planlaşdırmışıq".
Publika.az xəbər verir ki, bu barədə İrəvanda Respublika Meydanında keçirilən mitinqdə Tavuş yeparxiyasının rəhbəri, baş nazir postuna namizəd Baqrat Qalstanyan məlumat verib.
“Onu da demək istəyirəm ki, tələblərimiz yerinə yetirilməsə, sabah səhər saat 8-də itaətsizlik və etiraz aksiyaları ilə xalqın tələbini nəzərə almalıyıq. Ermənistanın bütün ərazisində dinc itaətsizlik, etiraz, üsyan aksiyaları ilə xalqın tələbini və gücünü qəbul etməyə məcbur etməliyik. Səhər saat 8-də mən başda olmaqla hamımız meydanlarda olacağıq və həyatımızı məhdudlaşdıran, zülm edən insanların hamısını işdən çıxaracağıq”, - Qalstanyan bildirib.
Onun çıxışından sonra hökumət bağ evlərinə yürüş başlayıb. Qeyd edək ki, bugünkü mitinqdə hərəkatın baş nazir postuna namizədi Baqrat Qalstanyan olduğu açıqlanıb. O, 30 illik fəaliyyətinin dondurulması üçün Patriarxa müraciət etdiyini açıqlayıb.
Hüseyn İbadlı
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































