Cənubi Qafqaz
"Paşinyanın legitimliyi bitdi" - Qalstanyan onunla görüşə hazırlaşır
"Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri, Ermənistanın baş naziri postuna namizədliyi irəli sürülən arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, mitinqdən sonra o, hökumət bağ evlərinə getməyi və Nikol Paşinyanla görüşməyi planlaşdırır.
Publika.az xəbər verir ki, onun sözlərinə istinadla TASS məlumat yayıb.
Qalstanyan Paşinyanı görüşə dəvət edərək, onun legitimliyinin bitdiyini bildirib. Bundan başqa, o, bəyan edib ki, Paşinyanın mənəvi legitimliyi də yoxdur.
Mayın 25-i günortadan sonra “Vətən adına Tavuş” hərəkatının liderlərindən biri Qurgen Melikyan hərəkatın Ermənistanın baş naziri vəzifəsinə Baqrat Qalstanyanın namizədliyini irəli sürdüyünü açıqlayıb.
Mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət hərəkatının mitinqləri fonunda erməni apostol kilsəsinin Bizans dövründən “təsir agenti” olduğunu bildirib .
Hüseyn İbadlı
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































