Cənubi Qafqaz
Parlament Zurabişvilinin vetosunu LƏĞV ETDİ
Gürcüstan Parlamenti plenar iclasda respublika Prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə "Tbilisi life" "Telegram" kanalı məlumat yayıb.
Qeyd edilib ki, 150 deputatdan 84-ü təşəbbüsün lehinə səs verib. Dövlət başçısının vetosunu ləğv etmək üçün 76 deputatdan ibarət sadə səs çoxluğu kifayət edərdi.
"Səsvermədən sonra parlamentarilər bir-birlərini təbrik etməyə və qucaqlaşmağa başladılar", - məlumatda deyilir deyilir.
Qeyd edək ki, gürcüstanlı deputatlar mayın 14-də “Xarici agentlər haqqında” qanunu qəbul edib. Onun lehinə 84 nəfər də səs verib. Sənədə baxılması çoxsaylı etirazlar fonunda baş tutub. Eyni zamanda ölkə prezidenti qanunu imzalamaqdan imtina edərək veto hüququndan istifadə edib.
Nəticədə, mayın 27-də respublika parlamenti Zurabişvilinin vetosunun ləğvi proseduruna başlayıb. Sonra qanunverici orqanın hüquq komitəsinin iclası keçirilib, iclas iştirakçıları bu prosedurun davam etdirilməsini təsdiqləyiblər.
Ertəsi gün deputatlar plenar iclasa toplaşıblar, onun məqsədi xarici agentlər haqqında qanunun yekun qəbulu olub. Tədbir başlayandan sonra insanlar bu təşəbbüsə qarşı çıxmaq üçün qanunvericilik binasına gəlməyə başlayıblar. Daha sonra polis maşınları və xüsusi təyinatlıların olduğu avtobuslar bura toplaşmağa başlayıb.
Hüseyn İbadlı
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































